?>
İslam Hakimiyyətinin Tibbi Naliyyəti

Dünyada "peyvənd aparteidi" / İran İslam Cümhuriyyəti qərbi Şərq üçün Korona Peyvəndini təmin etməyə qadirdir!

Dünyada

Doktor Mərziyə Muhriz belə deyib: “İran İslam Cümhuriyyətinin istehsal etdiyi korona əleyhinə peyvəndi “İngilis Koronası”na qarşı lazımi müqavimət göstərir. Koronavirusun digər mutasiya olunmuş Hindistan və Afrika koronaviruslarına qarşı necə müqavimət göstərəcəyini bilmək üçün isə testlər aparılmalıdır.”

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Dünyada yeni virus  olan “Covid-19”-un yayılması müxtəlif ölkələrin çox sayda vətəndaşlarını yoluxdurdu və bir çox insanın ölümünə səbəb oldu. İndiyə qədər dünyada 164 milyondan çox insan bu virusa yoluxub və 5.3 milyona yaxın insan həyatını itirib.

İran İslam Respublikası da virusdan çox əziyyət çəkən ölkələrdən biridir; Xüsusilə də ABŞ və Avropanın İran İslam Hökuməti və Xalqına qarşı tətbiq etdiyi zalım sanksiyalar üzündən.

Ancaq gənc və mömin İran alimlərinin səyləri və bu ölkənin dayanıqlı xalqının cihadçı ruhu onu təkcə sərt korona dalğalarını keçməyinə deyil, həm də tez bir zamanda bu epidemiyaya qarşı peyvənd istehsalı edən mərkəzlərindən birinə çevrilməsinə səbəb oldu.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus, korona əleyhinə peyvəndin paylanması ilə bağlı əlverişsiz vəziyyətə toxunaraq, dünyanın "aparteid peyvəndi" vəziyyətinə girdiyini söylədi.

O, Covid-19 peyvəndi istehsalçılarını enjeksiyaya hazır peyvənd dozalarını vaxtından əvvəl “Covaks proqramı”na ixtisas verməklərinə çağırdı və zəngin ölkələrə xitab edərək "uşaqları peyvənd etmək əvəzinə yoxsul ölkələri peyvənd edin" dedi.

 

İran İslam Cümhuriyyəti Qərbi Şərq ölkələrinin korona əleyhinə peyvəndlə təmin edə biər

Doktor xanım Minur Muhriz İİR istehsalı olan Covid19 əleyhinə peyvəndin son vəziyyəti haqqında  bildirib: “Bu gün 26. Ordibeheşt. 1400-cü tarixdən (16. May. 2022) etibarən eksperimental inyeksiya üçüncü mərhələsi 20.000 adama vurulacaq və bu inyeksiyanın nəticələri qərar qəbul edən orqanlara göndəriləcək.

Hal-hazırda "Tehran" şəhərində və Xordad (iyunun) ayının əvvəlində isə "İsfahan", "Şiraz" və "Buşehr" şəhərlərində İran peyvəndi müxtəlif yaşda olan könüllülərə vurulacaq və müsbət nəticədən sonra bütün vətəndaşlar inyeksiya ediləcək.”

“Əgər İİR peyvəndi kütləvi sürətdə istehsal olunarsa qonşu ölkələrə də bu peyvəndləri verə bilərikmi?” sualına cavab verən doktor xanım Minu Muhriz belə deyib: “Beynəlxalq monitorinq mərkəzlərindən icazə aldıqdan sonra bizdən peyvənd istəyən bütün ölkələrə göndərə bilərik. Hətta İran İslam Cümhuriyyətinin qərbi Şərq ölkələrini peyvənd ilə təmin etmək potensialı vardır.”

“İİR-ın istehsal etdiyi peyvənd koronavirusun hansı növünə qarşı təsirlidir?” sualını cavablandıran doktor Muhriz belə deyib: “İran İslam Cümhuriyyətinin istehsal etdiyi korona əleyhinə peyvəndi “İngilis Koronası”na qarşı lazımi müqavimət göstərir. Koronavirusun digər mutasiya olunmuş Hindistan və Afrika koronaviruslarına qarşı necə müqavimət göstərəcəyini bilmək üçün isə testlər aparılmalıdır.”

 

İİR-ın korona əleyhinə peyvəndi Mehr (oktyabr) ayında təqdim olunacaq

İran İslam Respublikası Prezidentinin Elm və Texnologiya üzrə Sədr müavininin Biotexnologiya İnkişaf Qərargahının katibi doktor Mustafa Qanei deyib: “Beynəlxalq ərsələrdə təqdim olunmaq qabiliyyətinə malik olan İran İslam Respublikasının korona əleyhinə peyvənd səbədi Mehr (oktyabr) ayında ölkədə vətəndaşlara təqdim olunacaq. İİR-ın dərman istehsalı sahəsində heç bir problemi yoxdur və yerli peyvəndlərin istehsalı üçün İnnovasiya və Rifah Fondunun dəstəyi ilə bu ilin oktyabr ayında təsirli bir peyvənd səbətinə sahib olacağıq...”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*