?>

DTX-dən də reaksiya olacaqmı?

DTX-dən də reaksiya olacaqmı?

Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşov şuranın üzvlərindən biri olan Cavanşir Feyziyevin digər üzvlərə və jurnalistlərə qarşı təhqiramiz sözlərinə görə təəssüfləndiyini bildirib.

ABNA24 Xəbər Verir, Əflatun Amaşov xaricdə olan Cavanşir Feyziyevlə bu gün səhər əlaqə saxladığını və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdiyini bildirib. “ Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik", - deyə Ə.Amaşov vurğulayıb. 

Cananşir Feyziyevin son sözlərindən onun parlamentdəki həmkarları da təəssüfləndiklərini bildiriblər.

Əflatun Amaşovun bəyanatından sonra Cavanşir Feyziyev özünün feysbuk səhifəsində Mətbuat Şurasının üzvlüyündən istefa verdiyini bildirib.

Parlamentin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı Report.az-a deyib ki, deputat Cavanşir Feyziyev və jurnalistlər arasında bu cür münasibətlərin yaranması onda təəssüf doğurur. 

Fəzail Ağamalıya görə Cavanşir Feyziyyevin böhtanlarının hədəfində olan jurnalistlər parlamentə müraciət etsələr Milli Məclisin İntizam komissiyasında onun məsələsinə baxıla bilər. 

Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev onun və ailə üzvlərinin Londondakı bank hesablarında saxlanılan milyonlarla funt-sterlinqin müsadirə edilməsi barədə məlumat yayan jurnalistləri təhqir edib.

Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sərvətinin çirkli pullarla əldə olunması barədə məlumatın Azərbaycan mediasında yayılması deputatı qəzəbləndirib və o Azərbaycanlı jurnalistlərin adlarını bir bir çəkərək onları  xarici ölkələrin agenti olmaqda günahlandırıb. O həmçinin konkret adlarını çəkdiyi jurnalistləri milli satqınlar, stajlı dələduzlar və gənc dələduzlar adlandıraraq onların casusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi vəzifələri öz üzərlərinə götürdüklərini iddia edib. 

Eyni zamanda Mətbuat Şurasınını üzvü olan Cavanşir Feyziyevin bu fikirləri ölkə mediasında, sosial şəbəkələrdə böyük rezonans doğurub. Media mənsubları Milli Məclisi və hüquq-mühafizə orqanlarını sözügedən deputat haqqında ölçü götürməyə çağırıblar.

Sosial şəbəkə istifadəçilərinə görə İngiltərədə azərbaycanlı deputatın barəsində belə bir həngamədən sonra Azərbaycan Respublikasının korrupsiya ilə mübarizə qurumları və DTX-nin passivliyi diqqət çəkir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*