?>

Donald Tramp xəstəxanaya yerləşdirilib

Donald Tramp xəstəxanaya yerləşdirilib

ABŞ prezidenti Donald Tramp koronavirusa yoluxması səbəbindən Vaşinqtonda yerləşən “Walter Reed” adlı hərbi hospitala yerləşdirilib.

ABNA24 Xəbər Verir, Ağ Ev cümə günü Trampın bir neçə gün "Walter Reed" hərbi hospitalda müalicə alacağını bildirib.

Ağ Ev, həmçinin Trampın prezident səlahiyyətlərini köməkçisi Mayk Pensə ötürmək niyyətində olmadığını və xəstəliyə rəğmən bütün səlahiyyətlərini özünün yerinə yetirəcəyini qeyd edib.

Trampın "Walter Reed" hərbi hospitala köçürülməsi vertalyot vasitəsilə həyata keçirilib.

Ağ Evin həkimi də Trampın cümə günü səhər saatlarından qızdırmasının olduğunu və Koronavirusun yüngül simptomlarından əziyyət çəkdiyini açıqlayıb.

Eyni zamanda həkimlər 74 yaşlı Trampın koronavirusa yoluxmasının yaşının və nisbətən çəkisinin yüksək olduğu üçün riskli ola biləcəyini söyləyiblər.

ABŞ prezidenti Donald Tramp yerli vaxtla cümə axşamı günü bir tvittdə özünün və həyat yoldaşının koronavirusa yoluxduğunu bildirib.

Tramp bir neçə saat əvvəl də Tvitterdə köməkçilərindən "Hope Hicks"in koronavirus testinin müsbət olduğunu bildirib.

ABŞ koronavirusa yoluxma və bu virusdan ölüm hallarına görə, dünyada birincidir.

Digər ölkələrdən daha gec koronavirus testlərinə başlamış ABŞ hazırda koronavirusa yoluxanların sayının çox olduğu üçün test dəstləri və tibbi ləvazimatların çatışmazlığı ilə üzləşib.

ABŞ hökuməti və xüsusilə bu ölkə prezidenti Donald Tramp, ABŞ-da koronavirusun yayılması qarşısında məsuliyyətsiz davrandığı üçün kəskin şəkildə tənqid olunub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!