?>
Qərbi Asiya Xəbərləri – Qətər

Dohada Əfqanıstan hökuməti ilə Taliban arasında iki günlük sülh danışıqları başladı

Dohada Əfqanıstan hökuməti ilə Taliban arasında iki günlük sülh danışıqları başladı

Əfqanıstan Ali Milli Barış Şurasının sədri Abdullah Abdullah, Cümə günü Dohaya getmədən əvvəl bir mətbuat konfransında, sülhün danışıqlar masasından ələ gələcəyini və indi sülh üçün bir fürsət olduğunu söylədi.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, şənbə günü Qətərin paytaxtı Dohada Əfqanıstan Ali Milli Barışma Şurasının sədri Abdullah Abdullahın rəhbərlik etdiyi bir hökumət heyəti ilə Talibanın siyasi vəkili Abdul Ğəni Bəradərin rəhbərlik etdiyi bir qrup Taliban nümayəndələri arasında barışıq danışıqları başlayıb.

Əfqanıstan mediasının verdiyi xəbərə görə, Taliban'ın Qətərdəki siyasi ofisinin sözçüsü Məhəmməd Naim, Twitter-də Dohada Əfqanıstan hökuməti nümayəndələri ilə Taliban arasında danışıqların başladığını yazıb.

İki tərəfin sülh və Əfqanıstan problemlərinin həlli təklifləri ətrafında danışıqlarının iki gün davam etməsi planlaşdırılır.

Əfqanıstan Ali Milli Barış Şurasının sədri Abdullah Abdullah, Cümə günü Dohaya getmədən əvvəl bir mətbuat konfransında, sülhün danışıqlar masasından ələ gələcəyini və indi sülh üçün bir fürsət olduğunu söylədi.

Hələlik danışıqların prosesi barəsində heç bir xəbər verilməyib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*