?>

Deputatdan dindarlara divan tutmaq çağırışı

Deputatdan dindarlara divan tutmaq çağırışı

Azərbaycan Respublikası məclisinin iqtisadiyyat və sənaye komissiyasının üzvü və bu ölkənin hakim dairəsinin tanınmış üzvlərindən olan Vahid Əhmədov Azərbaycan Respublikasındakı dindarlara bu ölkənin bu təbəqəsinin İranpərəst olması bəhanəsilə divan tutulmasını vurğulayıb.

Vahid Əhmədov «Yeni Müsavat»la müsahibədə Bakının İran qarşısındakı siyasətinin bundan sonra dəyişməsi haqda belə deyib: Məncə, konkret bir qətiyyət mövcud olacaq. İranın Azərbaycana qarşı hücumları ilə bağlı da müharibənin baş verməsi ehtimalı mümkünsüzdür. İran bu səmtə getməyəcək. Hətta əgər çox mübaliğə etmiş olsalar belə, İranın o qədər də çox qüdrəti yoxdur. Azərbaycan Respublikasının müttəfiqləri yetərincə güclüdürlər. Amma, konkret təhdidlər mövcud ola bilər. Biz daxildə çox ciddi işlər görməliyik. Daxildə İranpərəst qüvvələr var və biz onları yavaş-yavaş təmizləyəcəyik! Vəzifəli şəxslər də var. Əgər diqqət etsəniz, İranın mədəniyyət attaşesinə aid olan Bakıdakı Əhli-Beyt əleyhissəlam hüseyniyyəsinin fəaliyyəti dayandırıldı. Bu addım tamamilə düzgün atılan addım idi. O məscidin burada fəaliyyət göstərməsinə nə ehtiyac var? Digər məsələlər də vardır ki, şübhəsiz, prezidentimiz onları pozitiv şəkildə həll edəcək. Heç kəs bizimlə təhdid dili ilə danışa bilməz. İran elə zənn edirdi ki, Xudafərinin bütün tərəfləri ona aiddir və daim onun ixtiyarında olacaq. Amma unutmuşdu ki, beynəlxalq qanunlarla rəsmən tanınmış Azərbaycan Respublikasının sərhədləri də var.

Azərbaycan Respublikası hakim dairəsinin bu üzvü həmçinin İrandakı azəridilliləri etnik təhriketməyə dair təhdidən də danışıb və belə deyib: Ümumiyyətlə, İran böyük xətər edir. Unudur ki, daxildə qırx milyon türk var. Elə bu son vaxtlar İrandakı azərbaycanlılar ayağa qalxıb, aksiyalar keçiriblər. Unutmasınlar ki, əgər Azərbaycan Respublikasına qarşı bir hadisə baş verərsə, İrandakı soydaşlarımızın hamısı ayağa qalxacaq! Bunu da unutmasınlar ki, İran bütün dünyada təcrid olunub və bu siyasətin onun üçün heç bir uğuru olmayacaq.

Qeyd edək ki, son zamanlar İslam İnqilabının Böyük Rəhbəri bəzi qonşu ölkələrə xəbərdarlıq etdilər ki, əcnəbi qüvvələrə söykənmə təhlükəszilik təmin edə bilməz. Amma Bakının başçıları uşaqcasına, inadkarlıq və tərsliklə müşayiət olunan bir davranışda İsrail rejimi ilə Türkiyəyə güvənməyə daha çox təkid edir və İranı, Azərbaycan Respublikasının müttəfiqləri kimi İsrail rejimi və Türkiyənin güclü olmalarına işarə ilə hədələyirlər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*