?>

Dekabr ayı yoxsullar üçün dərd ayına çevrilib

Dekabr ayı yoxsullar üçün dərd ayına çevrilib

İqtisadçı ekspert Azərbaycan Respublikasında gələn il üçün yazılan büdcəyə görə narahatlığını bildirib.

ABNA24 : Qubad İbadoğlu deyib: Büdcəni talayan korrupsionerlər üçün ilin ən yaxşı ayı dekabr ayı hesab olunur. Çünki yola salıdğımız hər ilin son ayı  büdcə korrupsiyasının inkişafının pik ayıdır. Növbəti ilə qalıq qalmasın deyə bu ay ərzində sənədlərdə xərcləmələr, yəni silinmələr əvvəlki aylarla müqayisədə dəfələrlə artır, bir sözlə korrupsionerlər büdcə vəsaitləri hesabına qaz vurub qazan doldururlar və belə mənimsəmələr on illərdir ki, davam edir. Elə buna görə də büdcə talançıları  dekabrın tez yox, əksinə gec başa çatmasını arzulayırlar, çünki, onlar dekabrda demək olar ki,  hər gün büdcəni mənimsəməklə məşğuldurlar. 

İqtisadçı öz iddiasını əsaslandırmaq üçün bildirib: Ötən ilin  ilk 11 ay üzrə orta aylıq büdcə xərclərinin məbləğinin 2014,8 mln. manat təşkil etməsinə baxmayaraq, yalnız dekabr ayında xərcləmələr orta göstəricidən 2,1 dəfə çox olub.  Belə ki, 2020-ci ilin dekabr ayında xərclənən vəsait ötən il üzrə ümumi büdcə xərclərinin 16,1 faizini təşkil edib.

Qubad İbadoğlu qeyd edib ki, büdcə vəsaitlərinin səsi,  sorağı Londonun əmlak bazarından, İsveçrə banklarından  gəlir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*