?>

Debatda nə baş verdi?

Debatda nə baş verdi?

ABŞ-ın hazırkı prezidenti və respublikaçıların namizədi Donald Tramp, həmçinin demokratların namizədi Co Bayden yerli vaxtla çərşənbə axşamı günü axşamçağı seçki debatına başladılar və öz baxışlarını şərh etmək üçün doxsan dəqiqə fürsətə malik idilər.

ABNA24 Xəbər Verir, Bu, debatın icmalıdır. Etika dairəsindən uzaq gərginliklərlə dolu qarşıdurmalar. Belə ki, amerikalıların 69 faizi bu debatı əzabverici adlandırıb. Bu iki namizəd nadir hallarda bir-birinin üzünə baxırdı.

Bayden və Tramp bu doxsan dəqiqədə dəfələrlə bir-birini yalançı adlandırdı. Əlbəttə, Bayden daha çox.

Tramp Baydenin nitqini kəsməklə onun fikrini dağıtmağa çalışırdı ki, bu da reaksiyalara səbəb olurdu.

Bu debatı idarə edən peşəkar və veteran aparıcı Kris Uolles dəfələrlə Trampdan onun debatı aparmasına imkan verməsini istəməyə məcbur oldu.

Ya da kinayə ilə dedi: Hətta aparıcının yerinə də keçə bilər.

Tramp aparcıya hücum etməyi də unutmadı və dedi ki, bu debatın bir tərəfinin həmin aparıcının olmasına təəccüb etmir.

Hər iki namizəd bir-birinə iqtisadi ittihamlar vurdu.

Bayden dedi: Tramp vergidən qaçır.

Tramp da ifşaçılığa əl ataraq, bildirdi ki, Baydenin oğlu Moskva merinin arvadından, çinlilərdən və ukraynalılardan milyonlarla dollar pul alıbdır. Kokain narkomanıdır və ordudan qovulubdur.

Bayden yalnız sonuncunu qəbul etdi ki, oğlu bir zaman narkoman olub. Yerdə qalan ittihamları isə cavabsız qoydu və belə dedi: Tramp yalan deyir, amma əgər istəsə səhərədək Trampın ailəsi barədə danışa bilər.

Bayden əlbəttə koronavirus tələfatı cəhətdən Trampı kəskin tərzdə qamçıladı və onu tənqid atəşinə tutdu.

Tramp dedi: Əgər qüdrət demokratların əlində olsaydı, iki milyon tələfat verərdik. Belə ki, Baydenin dövründə bir quş qripinə görə, minlərlə nəfər həyatını itirdi.

Bayden Ağ Ev-də yerləşmiş prezidentə hücum edərək bildirdi ki, işsizlik göstəricisini yüksəldibdir və onu təlxək və Rusiyanın nökəri adlandırdı.

Rasist təlxəkdir ki, Floyd macərasında etirazçılara tərəf gözyaşardıcı qaz buraxdı və işi, təfriqə salmaqdır; koronavirus məsələsindəki yanlış idarəçiliyi ilə minlərlə afroamerikalının həyatını əlindən alıb.

Tramp isə dedi: Etirazlar dinc mahiyyətli deyildi və hər yeri yandırıblar.

O, deyib ki, Ağ Ev-də olduğu 47 ay ərzində Baydenin hakmiyyətdə olduğu 47 il qədər iş görübdür. Hərçənd koronavirus onun iqtisadi planlarını pozdu.

Bayden bildirdi ki, Çin Amerikanı iqtisadi acizliyə düçar edib. Və Kris Uolles Amerikada qətlin sayının artması ilə Trampı sorğu-suala çəkdi. Bir də soruşdu ki, iki namizədin seçkilərin nəticəsinin elan olunmasına reaksiyası necə olacaqdır?

Bayden dedi ki, udsa da, uduzsa da nəticəni qəbul edəcək və poçtla səsvermənin tərəfdarıdır.

Tramp isə durmadan yüksək saxtakarlıq ehtimalından dedi. Həm də dedi ki, poçtla veriləcək səslərin qırx faizə qədəri yubana və ya heç gəlib çatmaya, yaxud onlara əl gəzdirilə, ya da ki, satıla bilər. O, vurğuladı ki, əgər saxtakarlıq edilərsə, seçkilərin nəticəsini qəbul etməyəcəkdir.

Bu debatda İran barədə danışılmadı.

Bu, ilk Bayden-Tramp debatının sonu idi. Onların qarşıda iki digər debatı durur.

Hər iki namizədin seçki qərargahlarının üzvləri bundan sonra debatdan sonra rəy sorğularının ardınca olacaqlar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!