?>
Quran Kərim Xəbərləri

"Daun sindromu" olan qız uşağı Quranı əzbərlədi

Qeyd edək ki, irodaniyalı bu xanım "daun sindromu"na mübtəla olduğu halda Quranı əzbərləyən ilk insandır.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İordaniyada yaşayan Rəvan Duyək adlı 16 yaşlı "daun sindromu"na mübtəla qız öz anasının köməyi və dəstəyi ilə bütün Qurani-Kərimi əzbərəyə bilib.

Məlumata görə, İordaniyada yaşayan və xüsusi fiziki qüsuru olan bu 16 yaşlı xanım valideynlərinin dəstəyi və özünə inamı ilə 7 il zəhmət çəkərək Qurani-Kərimi əzbərləmək iftixarını qazanıb.

Qeyd edək ki, irodaniyalı bu xanım "daun sindromu"na mübtəla olduğu halda Quranı əzbərləyən ilk insandır.

Rəvanın xüsusi müəllimi onun öz doğma anası olub. O böyük bir səbr və hövsələ ilə Quranı dəfələrlər təkrar etmə metodu ilə Allahın Kəlamlarını qızına əzbərlətdirə bilib.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*