?>
Fələstin Xəbərləri

Cinayətkar sionist İsrail rejimi Qəzzə Zolağını bombaladı – Foto

İşğalçı rejim qırıcı təyyarələri həmçinin Qəzzə Zolağının xan Yunus şəhərinin cənub bölgəsində yerləşən Fələstin Müqavimət Bölmələrinin bir qərərgahını da bombalayıblar.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, bu gün səhər radələrində cinayətkar və qanunsuz İsrail rejimin qırıcı təyyarələri Qəzzə Zolağının cənub nahiyyəsindəki, Fələstin Müqavimət Bölmələrinin qərərgahlarını bombalayıblar.

İşğalçı rejim qırıcı təyyarələri həmçinin Qəzzə Zolağının xan Yunus şəhərinin cənub bölgəsində yerləşən Fələstin Müqavimət Bölmələrinin bir qərərgahını da bombalayıblar.

Media orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində canlı itki verilməyib. Sadəcə maddi xəsarətlər yetirilib.

Sionist İsrail rejiminin bu vəhşiliyinə Müqavimət Cəbhəsinin cavab veriləcəyi istisna olunmur...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*