?>

CIA direktoru Çinin Tayvana hücum etmək niyyətində olduğunu bildirib

CIA direktoru Çinin Tayvana hücum etmək niyyətində olduğunu bildirib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi CIA-nin sədri Çin prezidentinin Tayvana hücum etmək niyyətində olduğunu iddia edib.

ABNA24 Xəbər Verir ,  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns həmçinin iddia edib ki, Çin Rusiyanın Ukraynadakı münaqişəsini diqqətlə izləyir və bu müharibə Çin prezidenti Si Cinpinin Tayvanla bağlı hesablamalarına təsir edir. 

Çin, Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və dəfələrlə ABŞ-a orada hər hansı separatçı əhval-ruhiyyəni dəstəkləməmək barədə xəbərdarlıq edib. Çin ABŞ-ın bu addımını və Tayvana silah satmasını özünün suverenliyinin pozulması və Çinin siyasətinə zidd hesab edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*