?>

Ceyhun Bayramov və Ararat Mirzoyan görüşüblər

Ceyhun Bayramov və Ararat Mirzoyan görüşüblər

Jan-İv le Drianın təşəbbüsü və Minsk qrupunun dəstəyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşüblər.

ABNA24 Xəbər Verir, Fransa XİN yaydığı məlumatda bildirir ki, öncə  Fransa xarici işlər naziri Jan-İv le Drianın Azərbaycan və Ermənistandan olan həmkarlarını ayrı-ayrılıqda qəbul edib. Daha sonra isə ATƏT-in Minsk Qrupunun himayəçiliyilə nazirlər arasında üçtərəfli görüş baş tutub.

Görüş zamanı Fransa XİN-in rəhbəri ölkəsinin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə tərəflər arasında dialoqun intensivləşməsinə yardım etmək istəyini bir daha vurğulayıb.

Həmçinin, nazir həmkarları ilə siyasi səviyyədə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*