?>

Çavuşoğlu Qərb dövlətlərini ikiüzlülükdə ittiham etdi

Çavuşoğlu Qərb dövlətlərini ikiüzlülükdə ittiham etdi

Türkiyənin XİN başçısı bəzi Qərb dövlətlərini ikiüzlülükdə ittiham edib.

ABNA24 Xəbər Verir , Mövlud Çavuşoğlu ABŞ prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı bəyanatına görə tənqid edib.

Bu barədə Çavuşoğlu tviterdə yazıb: “Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırımı” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, – deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 1915-ci ildə Osmanlı dövlətində baş verənləri "soyqırımı" adlandırıb. Bir il əvvəl də Bayden bu hadisələri "soyqırımı" adlandıran ilk ABŞ prezidenti olub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*