?>

Cari ilin ƏRBƏİN mərasimi barədə statistik açıqlama verildi

Cari ilin ƏRBƏİN mərasimi barədə statistik açıqlama verildi

İraqdan və eləcə də dünyanın müxtəlif ölkələrindən ƏRBƏİN mərasiminə qatılmaq üçün İraqın Kərbəla şəhərinə gələn zəvvarların sayı 15 milyonu keçib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqdan və eləcə də dünyanın müxtəlif ölkələrindən ƏRBƏİN mərasiminə qatılmaq üçün İraqın Kərbəla şəhərinə gələn zəvvarların sayı 15 milyonu keçib.

Bu barədə Həzrət Əbulfəzl Abbasın (ə) hərəminin idarə heyəti məlumat yayıb: "İraqın müqəddəs Kərbəla şəhərinə səfər ayının 6-dan 20-dək, yəni Həzrət İmam Hüseynin (ə) əzadarlıq günləri, qırx mərasimi və ƏRBƏİN ziyarəti ilə əlaqədar 15 milyon 229 min 955  zəvvar gəlib."

Zəvvarlar dünyanın müxtəlif yerlərindən Kərbəlaya toplaşmaqda davam edir. Zəvvarların sayının dəqiq statistikası yaxın günlərdə açıqlanacaq.

Məlumatda deyilir ki, ƏRBƏİN mərasimini 350 daxili və xarici kütləvi informasiya vasitəsi işıqlandırıb. Bunlardan 12-si beynəlxalq peyk tv kanalı olub. Habelə mərasimin mediada işıqlandırılmasında Belçika, İran İslam Respublikası, İngiltərə, Bəhreyn, Almaniya və Türkiyə kimi müxtəlif ölkələrdən olan 160 jurnalist və 60 media şəxsiyyəti iştirak edib.    

Zəvvarların sayı  Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminə 4 il öncə quraşdırılmış Almaniya istehsalı olan xüsusi cihaz vasitəsilə hesablanır.

Qeyd edək ki, keçən il (1440 hq) ƏRBƏİN zəvvarlarının sayı 15 milyon 322 min 949 nəfər, 1439-cu hicri-qəməri ili 13 milyon 875 min 818 nəfər və  1338-ci hicri-qəməri ili 11 milyon 210 min 367 nəfər olmuşdu.

..........
340


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!