?>

Cənubi Qafqaz üçün sülh nə deməkdir?-Təlil

Cənubi Qafqaz üçün sülh nə deməkdir?-Təlil

Ərəb nəşri Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyətindən yazıb.

ABNA24 Xəbər Verir, Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakış-ın Ərəb Nyus qəzeti üçün yazdığı məqalədə deyilir: Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Sovet İttifaqı dağıldıqdan sonra ölkəsinin gücündən istifadə edərək, Azərbaycanla ədalətli sülh müqaviləsi imzalamaq istəyirdi. İndiki baş naziri Nikol Paşinyan isə daha iddialı idi. O, Azərbaycana hücumları davam etdirirdi. Məsələn, ötən ilin iyulunda Ermənistan Azərbaycana Tovuz rayonu istiqamətində hücuma keçmişdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, yeni işə düşmüş Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycan-Gürcüstan-Türkiyə avtomobil magistralı məhz bu regiondan keçir. Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdən fərqli olaraq, Tovuz rayonu iki ölkənin dövlət sərhədində yerləşir.

Müəllifin fikrincə, o zaman Azərbaycan “Rusiyanın NATO-su” adı ilə tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tələsinə düşməyib. Məsələ ondadır ki, Moskvanın bu qurum çərçivəsində müəyyən öhdəlikləri var. Məsələn, KTMT üzvlərinə hər hansı üçüncü ölkə hücum edərsə, Rusiya ona kömək etməlidir. Odur ki, Bakı Ermənistanın Tovuza hücumuna təmkinli reaksiya göstərmişdi.

Amma ötən ilin sentyabrında Ermənistan Azərbaycanın daha bir neçə şəhərinə hücuma keçdi və bu dəfə Bakının cavabı miqyaslı oldu. Nəticədə İrəvan gözlənildiyi kimi, Rusiyadan KTMT çərçivəsində öhdəliyini yerinə yetirməsini istədi. Amma Moskvanın cavabı fərqli idi: KTMT məsələyə yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinə hücum olunduğu təqdirdə müdaxilə edə bilər.

Beləliklə, sentyabrda Ermənistanla Azərbaycan arasında amansız hərbi toqquşma başlayıb və döyüşlər düz 44 gün davam edib. Nəticədə Ermənistan hərbi birləşmələri ciddi məğlubiyyətlə üzləşib. Azərbaycan Ordusu Ermənistanın təxminən 30 il işğal altında saxladığı ərazilərin əksəriyyətini azad edib. Üstəlik, Azərbaycan Silahlı Qüvvələri mühüm strateji əhəmiyyət kəsb edən Şuşa şəhərini də azad edib, bununla da Dağlıq Qarabağın mərkəzi Xankəndiyə yol açılıb.

Yalnız Şuşanın azad edilməsindən sonra Rusiya prezidenti Vladimir Putin vəziyyətə qarışıb, tərəflərə atəşkəs razılaşması imzalamalarını təklif edib. Paşinyanın isə təkliflə razılaşmaqdan başqa yolu qalmayıb.

Sabiq diplomat qeyd edir ki, Putinin Qərbpərəst siyasət yürüdən Nikol Paşinyana münasibəti əvvəldən yaxşı olmayıb. Odur ki, Rusiya lideri sanki Ermənistanın baş nazirinə “dərs vermək” istəyirdi. Bununla yanaşı, Putin Ermənistan ordusunun tam məhvinə də göz yuma bilməzdi. Əks təqdirdə, Cənubi Qafqazda Azərbaycan mütləq üstünlük qazanacaqdı.

Məqalədə bildirilir ki, atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər. Bu zaman Azərbaycanın zəngin iqtisadiyyatından Dağlıq Qarabağda yaşayan istedadlı və bacarıqlı ermənilər də faydalanacaq. Çünki onlar bu zəngin neft ölkəsinin tamhüquqlu vətəndaşlarıdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!