?>
Afrika Xəbərləri

Cənubi Afrika Prezidenti Ceykob Zuma polisə təslim oldu

Cənubi Afrika Prezidenti Ceykob Zuma polisə təslim oldu

79 yaşlı Zuma, Cənubi Afrika tarixində həbs cəzasına məhkum edilən ilk prezidentdir.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, məhkəmə işinə tabe olmadığına görə 15 ay həbs cəzasına məhkum edilmiş keçmiş Cənubi Afrika Prezidenti Ceykob Zuma, Çərşənbə günü gecə polisə təslim oldu və nəzarətə alındı.

Əvvəlcə həbsxanaya bazar günü getməli idi, lakin tərəfdarları evinin qarşısında insan bariyeri qurduqları üçün bunu etmədi. Ancaq polis ona çərşənbə günü gecə yarısına qədər möhlət verdiyini və əks təqdirdə zorla həbs ediləcəyi ilə hədələmişdi.

Silah alqı-satqısında rüşvət Zuma qarşı irəli sürülən ittihamlardan biridir.

79 yaşlı Zuma, Cənubi Afrika tarixində həbs cəzasına məhkum edilən ilk prezidentdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*