?>
Qərb Xəbərləri – İngiltərə

Britaniya parlamentində Peyğəmbərimizi (səlləllahu əleyhi və alih) təhqirə görə cəza məsələsi qaldırıldı + Video

Bu ölkədəki milyonlarla müsəlman və dünya əhalisinin dörddə biri kimi, mənim üçün də sevgili Peyğəmbərimizdən (səlləllahu əleyhi və alih) daha çox dəyər verdiyimiz və salamladığımız kimsə yoxdur..."


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İngiltərə parlamenti tərəfindən Ədliyyə Nazirliyinin təqdim etdiyi ölkənin milli simvollarına edilən hücumlara görə daha sərt cəzalandırılmaya dair yeni bir qanun layihəsinin müzakirəsi zamanı deputat Naz Şah “İslam və Məhəmməd Peyğəmbəri (səlləllahu əleyhi və alih)” təhqir etmək məsələsini qaldırıb.

“Əl-Cəzirə” telekanalının yayımladığı reportajda Leyboristlər Partiyasının müsəlman təmsilçisi çıxışı zamanı dini hisslərin də qorunan simvollar kateqoriyasına daxil edilməsini tələb edib.

Naz Şah deyib ki, bu, xüsusilə bir sıra Avropa ölkələrində hücum hədəfinə çevrilən Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) qorunması ilə bağlıdır.

Daha sonra o vurğulayıb: "Bu ölkədəki milyonlarla müsəlman və dünya əhalisinin dörddə biri kimi, mənim üçün də sevgili Peyğəmbərimizdən (səlləllahu əleyhi və alih) daha çox dəyər verdiyimiz və salamladığımız kimsə yoxdur".

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*