?>
Qərb Xəbərləri - Fransa

Bricit Makron transseksual olması ilə bağlı deyilənlərə münasibət bildirdi

Bricit Makron transseksual olması ilə bağlı deyilənlərə münasibət bildirdi

“Əgər heç nə etməsəm, səsim eşidilməyəcək. Mənə deyəcəklər ki, sən heç nə etmirsən... Bu məlumatı silmək üçün vəkillə beş gün yarım vaxt sərf etdik”, - deyə Fransa prezidentinin xanımı əlavə edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bricit Makronun transseksual olması ilə bağlı şayiələri yayanlar onun internetdə “şəcərə ağacı”ndakı məlumatları dəyişdiriblər.

RİA Novostinin məlumatına görə, bu barədə Fransanın birinci xanımı özü məlumat verib.

“Əvvəlcə bu məsələləri uzaqdan izlədim, nə dediklərini eşidirdim, bu şəcərəmi dəyişdiklərini anlayana qədər davam etdi... Qəfildən mən öz qardaşıma “çevrildim”. Burada söhbət valideynlərimin şəcərəsindən gedir ki, bu da qəbuledilməzdir”, - deyə Fransanın birinci xanımı bildirib.

O, dörd ildir ki, bu cür böhtanlarla mübarizə apardığını vurğulayıb.

“Əgər heç nə etməsəm, səsim eşidilməyəcək. Mənə deyəcəklər ki, sən heç nə etmirsən... Bu məlumatı silmək üçün vəkillə beş gün yarım vaxt sərf etdik”, - deyə Fransa prezidentinin xanımı əlavə edib.

Qeyd edək ki, Bricit Makron bir müddət əvvəl bildirmişdir ki, onun əslində Jan-Mişel Tronye (Tronnye, Fransa prezidentinin xanımının qızlıq soyadıdır) kişi adlı ilə doğulan şəxs olduğunu və sonradan cinsiyyətini dəyişdiyi barədə şayiələri yayanları hüquq-mühafizə orqanlarına şikayət edəcəkdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*