?>

"Boeing-777" tipli təyyarələrin uçuşu dayandırılıb

ABŞ-ın "United Airlines" aviaşirkəti bazar günü reyslərinin birində yaranan texniki nasazlıq fonunda "Boeing-777" tipli təyyarələrin bütün uçuşlarını dayandırdığını bildirib.

ABNA24 Xəbər Verir, "United Airlines" aviaşirkətinin 328 reysi mühərriklərinin birində yaranan problem səbəbindən Denver aeroportunda təcili eniş etmək məcburiyyətində qaldı.

Bu hadisədən sonra ABŞ-ın Federal Aviasiya İdarəsi "Boeing-777" tipli təyyarələrin mühəriklərinin yoxlanılması üçün təlimat verib.

"United Airlines" aviaşirkəti 24 ədəd bu tip təyyarəyə malikdir və Federal Aviasiya İdarəsi ilə bu təyyarələrin təhlükəsizlik baxımından standart olub-olmdığını müəyyən etmək üçün danışıqlar aparır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!