?>

BMT Suriya əsas qanun komitəsinin təşkilni alqışlayıb

BMT Suriya əsas qanun komitəsinin təşkilni alqışlayıb

BMT sözçüsünün müavini Fərhan Həqq Suriyanın əsas qanununun işlənib hazırlanması komitəsinin ilk iclasının Cenevrədə təşkilini alqışlayıb və onu bu ölkənin siyasi böhranından çıxış istiqamətində bir addım adlandırıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fərhan Həqq dünən gecə bir mətbuat konfransında etimad və əminliyi Suriyanın əsas qanununun işlənib hazırlanması komitəsinin işinin davam etməsinə lazım olan amil adlandırıb.

O, ümidvarlıq edib ki, tərəflər xoşməramlılıqla əsaslı bir həll yoluna çatmaq istiqamətində bir-birilərilə həmkarlıq edəcəklər.

Suriyanın əsas qanun komitəsinin ilk iclası çərşənbə günü İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Suriya əsas qanun komitəsinin təşkili ideyası ilk dəfə olaraq “Suriya milli dialoq konfransı”nda irəli sürüldü.

“Suriya milli dialoq konfransı” 2018-ci il yanvarın 29-u və 30-da Rusiyanın Soçi şəhərində keçirildi.

“Suriya milli dialoq konfransı”n keçirilməsi haqda razılıq “Astana prosesi üzrə zəmanətçi ölkələr” olan İran İslam Respublikası, Rusiya və Türkiyə başçılarının 2017-ci il noyabr iclası gedişində əldə olundu.

Astana müzakirələri İran İslam Respublikasının təşəbbüsü, həmçinin Rusiya və Türkiyənin həmkarlığı, eləcə də Suriyada sülhün yaradılması məqsədi ilə 2017-ci ilin yanvarından başlanıbdır.

.........
340


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!