?>

BMT Qəndəhar şəhərindəki terror aktını qınayıb

BMT Qəndəhar şəhərindəki terror aktını qınayıb

BMT baş katibinin sözçüsü bildirib ki, Əfqanıstanın Qəndəhar şəhərində bir şiə məscidində törədilən kamikadze hücumu cinayətdir və BMT tərəfindən qınanılır.

ABNA24 Xəbər Verir, Stefan Düjarrik yerli vaxtla cümə günü jurnalistlərlə keçirdiyi mətbuat konfransında əlavə edib: "Cümə namazı zamanı Qəndəhardakı ən böyük şiə məscidində bir neçə nəfərin öldürülməsi və yaralanması Əfqanıstanda terrorizmin davam etdiyini göstərir".

O, qeyd edib ki, BMT dini bir mərkəzə və ibadət edənlərə qarşı son cinayətləri qınayır və bu hadisələrin səbəbkarları cəzalandırılmalıdırlar. 

Qeyd edək ki, Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərində cümə günü günorta saatlarında şiələrin "İmam Bargah" adı ilə tanınan "Bibi Fatimə" məscidinə İŞİD terrorçularının hücumu nəticəsində 62 nəfər ölüb, 70-ə yaxın insan isə yaralanıb. 

Terror aktının məsuliyyətini İŞİD terrorçuları üzərinə götürüb. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*