?>

BMT-nin Yəmənlə bağlı passiv mövqeyi

BMT-nin Yəmənlə bağlı passiv mövqeyi

BMT baş katibinin sözçüsü Səudiyyə Ərəbistanının cinayətləri ilə bağlı bu təşkilatın passiv mövqeyini davam etdirərək, deyib: "BMT Yəməndəki bütün tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün təmkinli olmağa çağırıb".

ABNA24 Xəbər Verir, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, BMT-nin Əl-Hüdeydə vilayətindəki nümayəndələri mülkilərin ağır itkisinə səbəb olan gərginliklərin kəskinləşməsi ilə bağlı həyəcanverici xəbərləri diqqətlə izləyirlər.

Düjarrik qeyd edib ki, BMT Yəməndə toqquşan bütün tərəfləri xəbərdar edir ki, onların vəzifəsi mülki insanları qorumaq və münaqişənin genişlənməsinin qarşısını almaq üçün tədbirlər görməkdir.

Bu sözlər, təcavüzkar səud-amerikan koalisiyasının dünən Əl-Hüdeydə vilayətinin cənubunda yerləşən "Həys" bölgəsində yəmənli mülki "Mahmud Abdullah Şərian"ın evini hədəf alaraq, dəhşətli cinayət törətdiyi bir vaxta təsadüf edir.

Bu vəhşi hücumda Şərian şəhid oldu, hamilə olan həyat yoldaşı "Səmirə Səid Qaed Salem" isə ağır yaralandı və onun bətnindəki körpə dünyaya gəlməzdən bir neçə gün əvvəl faciəvi şəkildə öldürüldü.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*