?>

BMT: "Maduro Venesuelanın prezidentidir"

BMT:

BMT Baş Assambleyası hazırkı Venesuela prezidenti Nikolas Maduro hökumətini ölkənin yeganə qanuni təmsilçisi olaraq, rəsmən tanıyıb.

ABNA24 Xəbər Verir, bu barədə Venesuelanın BMT-dəki nümayəndəsi  Samuel Monkada dünən (11 dekabr) öz "Twitter" səhifəsində məlumat verib. O, yazıb: "Bu gün BMT Baş Assambleyası Nikolas Maduro hökumətini 2020-2025-ci dövr üçün ölkənin yeganə qanuni təmsilçisi olaraq, tanıdı".

Samuel Monkada, bu hadisəni ABŞ prezidenti Donald Tramp administrasiyasının Venesuelaya qarşı müstəmləkəçi avantürasının məğlubiyyəti və Venesuelanın suverenliyi və müstəqilliyi üçün bir qələbə kimi xarakterizə edib və vurğulayıb: "Bu hadisə əslində BMT və insan hüquqlarının böyük qələbəsidir".

Beləliklə Beynəlxalq birliyin 193 üzv dövlətini özündə birləşdirən BMT Baş Assambleyası ABŞ-ın, xalqının iradəsi xaricində digər ölkələrə diplomatik nümayəndəlik tətbiq etmək hərəkətlərinə kəskin şəkildə qarşı çıxıb.

Qeyd edək ki, Maduro 2018-ci ildə keçirilən prezident seçkilərində 2019-2025-ci dövr üçün Venesuelanın prezidenti seçilib.

Buna baxmayaraq, ABŞ-ın dəstəklədiyi müxalifət rəhbəri Xuan Quaydo 2018-ci il seçkilərinin nəticəsini şübhə altına alaraq, Maduronu hakimiyyəti qəsb etməkdə günahlandırıb və özünü Venesuelanın müvəqqəti prezidenti adlandırıb.

ABŞ bu ölkədə müxalifəti dəstəkləməylə sabitliyi pozmaq və onun iqtisadi və siyasi atmosferini ələ keçirmək niyyətində olub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*