?>

BMT: İnsan təbiətlə intihara bərabər müharibə aparır

BMT: İnsan təbiətlə intihara bərabər müharibə aparır

İnsan təbiətlə intihara bərabər müharibə aparır. Bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

ABNA24 Xəbər Verir, BMT-nin baş katibi Antonio Quterreş deyib: “Bəşəriyyət təbiətlə müharibə aparır. Bu intihardır. Təbiət hər zaman cavab zərbəsi endirir və artıq bunu artmaqda davam edən gücü və qüvvəsi ilə edir”.

Onun sözlərinə görə, bioloji müxtəliflik dağıdılır, bir milyon növ məhv olmaq təhlükəsi qarşısında qalıb. Ekoloji sistem göz önündə tələf olur, səhralar genişlənir.

“Biz hər il 10 milyon hektar meşə sahəsini itiririk”, - deyə BMT-nin Baş katibi əlavə edib.

Antonio Quterreş bildirib ki, plastik tullantılar içərisində boğulan dünya okeanı tükənir və mərcan rifləri məhv olur. Havanın çirklənməsi səbəbindən hər il 9 milyon insan həyatını itirir. İnsanlar heyvanların yaşayış mühitinə daha çox daxil olur və vəhşi təbiəti məhv edir.

“Unutmayaq ki, insan həyatına təhlükə törədən yeni infeksiyaların 75 faizi heyvan mənşəlidir”, - deyə Quterreş vurğulayıb.

Baş katib qeyd edib ki, Dünya Meteorologiya Təşkilatının və BMT-nin ətraf mühit barədə proqramının iki məruzəsi bəşəriyyətin iqlim fəlakətinə nə qədər yaxın olduğunu göstərir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*