?>

BMT beynəlxalq hüquqların himayəsi sahəsində parlaq keçmişə malik deyil

BMT beynəlxalq hüquqların himayəsi sahəsində parlaq keçmişə malik deyil

İranın xarici işlər naziri vurğulayıb ki, BMT beynəlxalq hüquqların himayəsi sahəsində parlaq keçmişə malik deyil.

ABNA24 Xəbər Verir, «Müqəddəs Müdafiə üzrə hüquq və beynəlxalq tələblər» adlı beynəlxalq konfransda çıxış edən Məhəmməd Cavad Zərif sonra belə deyib: Beynəlxalq təşkilatlar gücü dəyişmirlər. Onlar güc vasitəsindən istifadəni müəyyən qədər azaldaraq, qanuniləşdirirlər.

Zərifin sözlərinə görə; İraqın İrana qarşı müharibəsində BMT hətta bu güc azaltma vasitəsindən də istifadə etmədi.

İranın xarici işlər naziri bildirib ki, İraqın məhv edilmiş diktatoru Səddamın bəəs rejiminin İrana qarşı hücumu beynəlxalq qanunların pozulması deməkdir.

O, deyib: Bu hərbi hücum ekspansianist məqsəd güdüb və hər hansı tərifə görə, təcavüz hesab olunur.

Bəəs rejiminin İran şəhərlərinə qarşı raket hücumlarına toxunan Zərif deyib ki, şəhərlər savaşı kimi məşhur olan olay, əslində hərbi cinayətdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!