?>

BMT Əfqanıstanda mülki itkilərin sayını açıqlayıb

BMT Əfqanıstanda mülki itkilərin sayını açıqlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstandakı Yardım Missiyası (UNAMA) tərəfindən yayımlanan məlumatlarda Əfqanıstandakı hücumlarda ötən il 3 min 35 mülki şəxsin həlak olduğu və 5 min 785 mülki şəxsin isə yaralandığı bildirilib.

ABNA24 Xəbər Verir, açıqlamada bu hücumların 45%-nin birbaşa hədəf seçilərək edildiyi və onların 43%-nin uşaq və qadınlardan ibarət olduğu vurğulanıb.  

Əfqanlararası müzakirələrin 12 sentyabr 2020-ci il tarixində Dohada başlaması ilə hücumların artdığı qeyd olunub. Hücumların 46%-də "Taliban", 8%-də İŞİD, 24%-də isə dövlət qüvvələri ittiham edilib.  

UNAMA-nın son 7 ildə Əfqanıstandakı itkilərlə bağlı hesabat hazırladığı bildirilən açıqlamada bu müddətdə hər il orta hesabla 3 mindən çox mülki şəxsin öldüyü qeyd edilib.  

UNAMA-nın açıqlamasını rədd edən "Taliban" itkilərin əsas günahkarlarının ört-basdır edildiyini və mülki itkilərin əksəriyyətinin xarici qüvvələrin hücumlarına görə olduğunu iddia edib. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!