?>
Qarabağ İslam Torpağıdır

Biz, “Allah! Muhəmməd! Ya Əli!” deyib döyüşə getdik. Əsgərlərimizin hazırladığı gözəl video klip

Kimisi Şəhadət məqamına az qalmış su içməkdən imtina edərək, həzrət Əbülfəzlil Əbbas (əleyhi səlam) kimi susuz Şəhid olmaq istədiyini bildirir, kimisi düşmənin iti nişançılar və pulemyotçularının nəzarət etdiyi meydanda yaralı halda qalmış əsgər yoldaşını nəyin bahasına olursa olsun gedib çıxaracağını bldirir və dediyinə əməl də edir, kimisi özündən rütbəcə böyük olan zabit və əsgər yoldaşlarına “siz ailə sahibisiniz. Bu işi mən görərəm” deyərək düşmən səngərinə daxil olurdu...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, mənfur düşmən qüvvələrinin İslam Torpaqlarının ayrılmaz parçası olan Azərbaycan Respublikasına qarşı başlatdıqları İkinci Qarabağ Müharibəsində Azərbaycan Şiə Xalqı sözün əsil mənasında tarix yazdı...

Onlar, Allah! Muhəmməd! Ya Əli! deyərək döyüşlərə qatıldılar. Eyni ata və ananın övladları kimi bir-birinə xidmət göstərir, qayğısına qalıb döyüş meydanlarında əsla tək buraxmırdılar. Əgər düşmən qüvvəsi onlardan kimlərisə Şəhadət məqamına ucaldırdırsa, əsgər qardaşları Şəhidin mübarək nəşini düşmən əlinə düşməsinə imkan vermir və onu özləri ilə arxa cəbhəyə ötürürdülər...

Kimisi Şəhadət məqamına az qalmış su içməkdən imtina edərək, həzrət Əbülfəzlil Əbbas (əleyhi səlam) kimi susuz Şəhid olmaq istədiyini bildirir, kimisi düşmənin iti nişançılar və pulemyotçularının nəzarət etdiyi meydanda yaralı halda qalmış əsgər yoldaşını nəyin bahasına olursa olsun gedib çıxaracağını bldirir və dediyinə əməl də edir, kimisi özündən rütbəcə böyük olan zabit və əsgər yoldaşlarına “siz ailə sahibisiniz. Bu işi mən görərəm” deyərək düşmən səngərinə daxil olur, onlarla işğalçı əsgər və zabitləri məhv edir və sonda Peyğəmbərlərin (əleyhim və əla nəbiyyinə və alihi tahirinə səlatu və səlam) arzuladığı Şəhadət məqamına çatırdı...

Heç şübhəsiz ki, Azərbaycan Xalqının göstərdiyi bütün bu fədəkarlıqlar, igidlik və rəşadətləri İmam Hüseyn (əleyhi səlam) Məktəbində tərbiyə almasından irəli gəlir.

İlahi! Azərbaycan Xalqını həzrət Muhəmməd və ali Muhəmməd (səlləllahu əleyhi və alih) ilə dünya və uqbada məşhur eylə! İlahi bu Xalqı düşmənin hiylə və mənfur siyasətlərindən Özün qoru! Amin.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*