?>

Bir hərbi qulluqçu həlak olub, bir hərbçi intihar edib

Bir hərbi qulluqçu həlak olub, bir hərbçi intihar edib

Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu həlak olub.

ABNA24 Xəbər Verir,  Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, əsgər Asif Məhərrəmzadə qeyri-döyüş şəraitində həlak olub.

Müdafiə Nazirliyi əsgərin harada və nə formada və hansı səbəbdən həyatını itirməsinə aydınlıq gətirmədən faktla bağlı cinayət işinin başlanıldığını bildirib.

Yanvarın 22-də başqa bir hərbçi də intihar edib.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirib ki, yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Ramil Rzaquliyev Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında intihar edib.

Məlumatda Ramil Rzaquliyevin hərbi hospitala psixoliji problemlərlə bağlı gətirildiyi bildirilib.

Məlumatda deyilir ki, hərbi qulluqçu Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*