?>

Belarus Rusiyadan bir milyard dollarlıq silah satın alacaq

Belarus Rusiyadan bir milyard dollarlıq silah satın alacaq

Belarus prezidenti bu ölkənin Rusiyadan bir milyard dollardan yuxarı məbləğdə silah satın almaq niyyətindən xəbər verib.

ABNA24 Xəbər Verir, Aleksandr Lukaşenko bildirib ki, Belarus hazırda bu məsələnin üzərində işləyir və bu ölkənin Rusiyanın «S-400» raket müdafiə sistemləri ilə ehtimal üzrə təmini haqda müzakirə də cərəyan etməkdədir.

Belarusun Rusiyanın strateji şəriki olduğunu dilə gətirən Lukaşenko qeyd edib ki, Moskva tezliklə Belarusu onlarla hərbi təyyarə, vertolyot, hava hücumundan müdafiə sistemi və ehtimal üzrə «S-400» raket müdafiə sistemləri ilə təchiz edəcək.

Rusiya da Belarusa dəstək istiqamətində özünün «Suxoy-30» qırıcılarından bir qrupunu bu ölkəyə göndəribdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*