?>

Bayden: "Biz erməni xalqının acısına ortağıq"

Bayden:

ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar bu ölkənin baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.

ABNA24 Xəbər Verir, Amerika dövlət başçısı öz məktubunda xüsuai olaraq Qarabağ məsələsinə toxunub. “Ermənistan xalqı təhdidlər, o cümlədən Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təhdidlərlə üzləşib, bu da faciəvi itkilərə səbəb olub. Biz erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcəyik”,- deyə Bayden təbrik məktubunda qeyd edir.

Bayden həmçinin erməni əsirlərin azad edilməsinə dəstək vəd edib və məktubda yazıb ki, ABŞ Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi istiqamətində tədbirləri davam etdirəcək.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*