?>
Mərkəzi Asiya və Hindistan Yarımqitəsi Xəbərləri - Banqladeş

Banqladeşdə Qurani Kərimin təhqir edilməsinə olunan etirazlar şiddətə çevrilir - Video

Etirazların əsas səbəbi, Banqladeşin şərqindəki Komila bölgəsində yerləşən yerli bir Hindu məbədinin tanrıçalarından birinin dizində Quran şəkillərinin yayılmasıdır. Bu aşağılayıcı hadisədən sonra bu günə qədər ölkənin müxtəlif bölgələrdə bir neçə Hindu məbədi dağıdılıb.


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Banqladeşdə yerli hinduların sosial şəbəkələrdə ölkənin müsəlman əksəriyyətini təhqir edən videosuna etiraz olaraq davam edən nümayişlər şiddətə çevrilir.

Etiraz zamanı Dakkadakı əsas Məscidin ətrafındakı küçələrə toplaşan 10 minə yaxın insan İslami siyasi partiyalara aid plakatlar gəzdiriblər. Eyni zamanda, cümə günü eyni yerdə polislə toqquşmalara səbəb olan etiraz aksiyası keçirilib.

Etirazçılar Banqladeşin paytaxtında keçirilən etiraz aksiyası zamanı "İslam düşmənlərinə ölüm" və "cinayətkarları edam edin!" kimi şüarlar səsləndiriblər.

Etirazların əsas səbəbi, Banqladeşin şərqindəki Komila bölgəsində yerləşən yerli bir Hindu məbədinin tanrıçalarından birinin dizində Quran şəkillərinin yayılmasıdır. Bu aşağılayıcı hadisədən sonra bu günə qədər ölkənin müxtəlif bölgələrdə bir neçə Hindu məbədi dağıdılıb.

Banqladeş İslam Hərəkatının rəhbəri Musəddiq Billah al-Mədəni, sosial şəbəkələrdə yayımlanan təhqiramiz görüntülərə cavab olaraq bildirib: "Hökuməti Quranı təhqir edənləri həbs etməyə çağırırıq. Nümayişçilər bu videonun hazırlanmasını və yayımlanmasını təmin edənlərin edam edilməsini tələb edirlər.”

Qeyd edək ki, Hindular 160 milyonluq Banqladeş əhalisinin 9 faizini təşkil edir, lakin Banqladeşdə əsas din İslamdır və Banqladeşdəki müsəlmanların sayı təxminən 89,7 faizdir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*