?>
Qafqaz Xəbərləri – Azərbaycan

Bakı razı olmadı, yeni rus komandan təyin edildi

Bakı razı olmadı, yeni rus komandan təyin edildi

Qeyd edək ki, 6 sentyabrda Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib. İddiaya görə, bu təyinatdan Bakı razı deyil.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiyanın Qarabağdakı sülhməramlılarına yeni komandan təyin olunacaq.

Bu məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata görə, yeni komandan general-leytenant Gennadi Anaşkin olacaq. Onun təyinatı bu gün elan olunacaq.

Qeyd edək ki, Anaşkin 1968-ci ildə Kuybışev şəhərində anadan olub. O, keçmiş Yuqoslaviyada, Çeçenistan və Gürcüstan-Rusiya müharibəsində iştirak edib.

6 sentyabrda Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib. İddiaya görə, bu təyinatdan Bakı razı deyil.

***

Hazırda Ermənistan Müdafiə Nazirliyinin binasında Rusiya MN-in nümayəndə heyətilə görüş keçirilir.

Bu barədə erməni mediası məlumat yayıb.

Görüş əsnasında rus sülhməramlılarının yeni komandanı, general-leytenant Gennadi Anaşkin də təqdim edilib.

M.Kosobokovun isə daha yüksək vəzifəyə təyin olunacağı bildirilib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*