?>
Qafqaz Xəbərləri – Azərbaycan

Bakı ilə uşaq qatili sionist İsrail rejimi arasında yeni “sazişlər”

Bakı ilə uşaq qatili sionist İsrail rejimi arasında yeni “sazişlər”

Qondarma sionist İsrail rejiminin xarici işlər naziri Jair Lapid, bölgə ölkələri ilə normallaşma prosesini davam etdirərkən, Bakı ilə də yeni sazişlərin imzalandığına üstüörtülü işarə edib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, uşaq qatili, qondarma sionist İsrail rejiminin xarici işlər naziri Jair Lapid ABŞ-ın, BƏƏ-nin, Bəhreynin və Mərakeşin bu rejim ilə bölgənin digər ölkələri arasında diplomatik əlaqələr qurmasına kömək etdiyini bildirib.

İsrailin bu ölkələrlə normallaşdırma sazişlərinin “möhtəşəm” bir proses olduğunu vurğulayan Lapid qeyd edib ki, bu dairəni bölgənin daxilində və xaricində genişləndirməyə davamlı sürətdə səy göstəririk:

“Hazırda adlarını açıqlaya bilmədiyim ölkələrlə normalizasiya müqavilələri imzalamaqdayıq. Əvvəlki kimi indi də ad çəkə bilmərəm, çünki bu prosesə xələl gətirəcək”.

O, bölgə ölkələri ilə normallaşma prosesini davam etdirərkən, Bakı ilə də yeni sazişlərin imzalandığına üstüörtülü işarə edib.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*