?>

Bakı fransalı deputatın Qarabağa səfərini qınadı

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa nümayəndə heyətinin Qarabağa qanunsuz səfərini tənqid edib.

ABNA24 Xəbər Verir, Fransa Milli Məclisinin üzvü Fransua Pupponi Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Xankəndiyə qanunsuz səfər edib. Bakıda bunu regionda sülhün bərqərarı üçün atılan addımlar kimi qiymətləndirirlər.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib: “Fransa Milli Məclisinin üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir. O, qatı antiazərbaycan mövqeyilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır. Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri də Azərbaycana daxil olmaq hüququndan məhrum ediləcək".

Leyla Abdullayeva daha sonra qeyd edib ki, Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir.

Digər tərəfdən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin Direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşdə Fransa Milli Məclisinin bəzi üzvlərinin Xankəndinə qanunsuz səfərinə diqqət yetirib, bu cür addımların müharibədən sonra regionda sülh quruculuğu üzrə səylərə xələl gətirdiyini vurğulayıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*