?>

Badkubə və heç vaxt bir tərəfdən əsməyən külək!

50-ci günəş ilində bir SSRİ rəsmisi İranın misli görünməyən müdafiə büdcəsinə və iri silah alqılarına işarə ilə sabiq şaha belə demişdi: Məqsədiniz nədir? Əgər məqsədiniz İraqdırsa, bu həcmdə silah onun gücündən olduqca çoxdur. Yox əgər hədəfiniz, SSRİ-dirsə, bu miqdarın yüz qatı ilə belə, bizimlə hərbi müvazinətə çata bilməzsiniz! Görünür, bu təmsil bu gün Azərbaycan Respublikası barədə yerinə düşür.


ABNA24 Xəbər Verir, Qeyri-adi müştərək hərbi təlimlər, yüksək hərbi büdcə və strateji hərbi fəaliyyətlər elə tədbirlərdirlər ki, onların hədəfinin iki düşmən güc, yəni Azərbaycanla Türkiyə arasında sendviç olmuş kiçik və zəif Ermənistan ölkəsinin olması mümkünsüz görünür. Yox əgər hədəf, fil və fincan kimi, irandırsa, ondan bir şey əldə etmək mümkün deyil.

Bakının militarizmi zahirən iki mühüm təhrikedicidən qaynaqlanır: Birincisi, Ermənistan üzərində sürətli və qətiyyətli qələbədən irəli gələn qürur, ikincisi isə, ölkənin qeyri-demokratik siyasi quruluşu, onun rəhbərliyinin bu qələbənin qiymətini daxili siyasət sahəsində xərcləmək və son nailiyyətləri möhkəmləndirmək və genişləndirmək yolu ilə hakimiyyəti möhkəmləndirmək istəyi. Bu siyasətin Axilles dabanı, sırf və qəti şəkildə xarici müttəfiqlərə güvənmək və ölkənin imkan və qabiliyyətlərindən kənar olan geosiyasi oyunlara girməkdir.

Türkiyədən başlayaq. Aydındır ki, Ərdoğan və onun yeni Osmanlı röyaları əsas pərdəarxası rejissordur. Yaxşı bilirik ki, yüz il əvvəl də gənc türklərin "İslam birliyi" siyasətinin əsas və gizli ideyalarından biri, panturanizm və Qafqaz və Orta Asiya türk torpaqları ilə vəhdət idi. Çin olmayan və Türkiyə üçün acınacaqlı nəticələr gətirən bir yuxu.

Türkiyədə Ərdoğandan sonrakı yeni hökmdarların imperiya sevdalarından əl çəkib, yenidən Avropa Birliyinin qapıları arxasında gözləyəcəyinə hansı zəmanət var? Belə bir mühitdə Ankaranın Bakı ilə sözsüz və birmənalı ittifaqından əl çəkməsi və onu başqa prioritetlərlə əvəz etməsi mümkün deyildirmi? Sabahın "daha demokratik" bir Türkiyəsi üçün Əliyevlərin üçüncü nəslinin hakim olacağı "ailəvi ölkə" ilə sözsüz və birmənalı ittifaqı davam etdirmək mümkündürmü?

İkinci hal, İsraildir. İsrail Azərbaycana, İran ilə Livan Hizbullahı arasındakı ittifaq qarşısında vasitəçi amil və əməliyyat körpüsü kimi baxır. Böyük ehtimala qarşı iki təfəfin neft və silah dəyişməsi ikinci dərəcəli əhəmiyyətə malikdir. İsrailin neftlə münbit ərəb ölkələri ilə münasibətlərini sürətlə adiləşdirməsi ilə, enerji amili Bakı ilə ikitərəfli münasibətlərində bu rejimin strateji prioriteti ola bilməz.

Böyüklərin oyununda həmişə daha kiçik və zəif tərəfin güzəştə getməsi ehtimalı var. Tutalım, Yaxın Şərqdə yeni bir müvazinət yarandı və ya İranla İsrail arasındakı gərginlik azaldı. Belə bir vəziyyətdə Bakı öz strateji önəmini itirməyəcəkmi? Bundan əlavə, Azərbaycanın İsrail tərəfindən həddindən artıq gücləndirilməsi, keçmiş zamanlardan bəri Ermənistanla tarixi və dostluq əlaqələrinə malik olan Amerika və Fransa kimi ölkələrin reaksiyasına səbəb ola bilər.

Pakistanın bu meydana daxil olması digər hallardan daha qəribə görünür. Məlumdur ki, İslamabad Ankaranın dəvəti ilə meydana gəlib. Bu iki ölkə Ərəbistanla münasibətlərinin nisbətən gərginləşməsi və Qətərə yaxınlaşmasından sonra yeni bir regional mehvər təşkil edibdir.

Amma Bakı üçün Pakistanla strateji bir ittifaq asanlıqla “Ayı və bağban” dostluğu nümunəsinə çevrilə bilər. Pakistan regionda peşəkar və ümumiyyətlə məsuliyyətsiz bir oyunçudur. Onun Ərəbistanla uzun keçmişə malik olan münasibətləri inkar edilə bilməz. Son bir neçə onillikdə Pakistan üçün büdcə təmini və maliyyə mənbələrindən biri və hətta onun nüvə proqramının sponsoru məhz Ərriyad olubdur, amma vaxtı çatanda bu ölkə hətta simvolik də olmuş olsa belə, Yəmən müharibəsində iştirak etməyə hazır olmadı. Bu təsvirlə Rusiya və Hindistanın ona qarşı tarazlıq yaratmaq və itirilənlərin əvəzini çıxmaq üzrə təhriklərindən başqa, ondan Bakıya nə xeyir çatacaq? Beləliklə, Azərbaycan üçün davamlı maraqları əhatə edən real və məsləhət görülən xarici siyasət, İran və Rusiya kimi daimi və qüdrətli qonşuların maraqlarının təmin edilməsi və strateji dostluq dəhlizindən keçməyə bilməz. “Böyük qardaş” siyasəti ilə yanaşı, İrəvana qarşı təzyiqin davam etməsi bu ölkəni oxşar reaksiyaya vadar edə bilər.

Qarabağ müharibəsinin nəticələri bölgədə yeni geopolitik reallıqlar yaradıbdır. Amma bu nəticələrin davamlılığı regionun tanınmış güclərinin strateji maraqlarının təmin edilməsi və aqilanə çəkinmədən asılıdır.

Hətta müqəddəratın təyin edilməsi haqqı kimi hüquqi qaydalar və xəritələrə əsasən belə, sərhədlərin dəyişdirilməsi və manipulyasiya edilməsi gərginlik yaradandır. Bir nəzəriyyədə onu BMT nizamnaməsi altında müdafiə etmək olar. Amma onun həyata keçirilməsində yenə də elə həmin nizamnaməyə istinadla qonşuların maraqları və regional təhlükəsizlik məsələsinə göz yummaq olmaz.

Ermənistan Türkiyə kimi böyük bir gücün təhdidi ilə üzləşən zəif bir ölkədir. Amma onun İranla sərhədi ölkənin milli maraqları və milli təhlükəsizliyinin bir hissəsidir və Tehran da İrəvan deyildir ki, onun əhəmiyyətinə göz yummaq olmuş olsun.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*