?>

Bəyannaməmizin müvafiq maddəsi Rusiya kontingentinin qalma müddətinin uzadılmasını nəzərdə tutur

Bəyannaməmizin müvafiq maddəsi Rusiya kontingentinin qalma müddətinin uzadılmasını nəzərdə tutur

Rusiya Prezidenti Vladimir Putin dünən gecə Valday Beynəlxalq Diskussiya Klubunun iclasında 2-ci Qarabağ müharibəsi və ondan sonrakı durum barədə danışıb.

ABNA24 Xəbər Verir, Putin üçtərəfli bəyanatı imzalanmasında Azərbaycan Respublikası prezidenti və Ermənistan baş nazirinin təşəbbüsünü yüksək qiymətləndirib.

Rusiya prezidenti üçtərəfi bəyanatdan sonra yaranmış mənzərəni tənqid edənlərə xitabən deyib: “Siz daha yaxşısını etməyə cəhd göstərin. Hər halda Prezident Əliyev və Baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər.”

Rusiya prezidenti hazırkı vəziyyətdə uzunmüddətli məskunlaşma üçün şəraitin yaradılmasını vacib hesab edib və ermənilərin Xankəndində məskunlaşdırılasını sülhməramlıların vəzifəsi kimi təqdim edərək deyib: Sülhməramlılarımız öz vəzifələrini ləyaqətlə yerinə yetirirlər. Artıq 50 mindən çox qaçqın evlərinə qayıdıb.

Vladimir Putin Ermənistanla Azərbaycan arasında kommunikasiyaların bərpasında hər iki tərəfin maraqlı olduğunu, Ermənistanın Türkiyə ilə münasibətlərin donunu açmaq istədiyini deyib.

Rusiya prezidenti bu günün ən vacib məsələsinin sərhədlərin nizamlanması olduğunu bildirərək deyib:

Burada, bəlkə də, hər iki tərəfdən və Rusiyadan başqa heç kimə ehtiyacımız yoxdur.

Rusiya prezidenti bu fikrini sərhədlərin Sovet dövrünün xəritələri əsasında bərpa olunması və həmin xəritələrin Rusiya ordusu baş qərargahında olması ilə əsaslandırıb.

Putin sərhədlərin dəqiqləşdirilməsində hər iki tərəfin kompromislərə getməli olduqlarını da xatırladıb.

Rusiya prezidenti sərhədlərin dədiqləşdirilməsinin sadəcə Rusiya vasitəsi ilə həyata keçirilməli olduğunu bildirsə də eyni zamanda Minsk qrupunun işini gücləndirmək də daxil olmaqla çoxtərəfli bir format tapmağın tərəfdarı olduğunu da deyib.

Vladimir putin üçtərəfli bəyannamənin Rusiya sülhməramlılarının fəaliyyət müddətinin uzadılmasını nəzərdə tutduğunu çox incə şəkildə xatırladıb:.

"Əlbəttə ki, gələcəyə baxmalıyıq, bundan sonra nə olacağına baxmalıyıq. Məsələ ondadır ki, Bəyannaməmizin müvafiq maddəsi Rusiya kontingentinin qalma müddətinin uzadılmasını nəzərdə tutur. Məgər məsələ budur? Məsələ iki ölkə arasında əlaqələri qurmaqdır.Bu ən əsasıdır. Ümid edirəm ki, biz bunu bacaracağıq ", - Vladimir Putin fikrini yekunlaşdırıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*