?>
Qərbi Asiya Xəbərləri – Suriya

Bəşşar Əsəd: Suriyada düşmən planı uğursuz oldu

Bəşşar Əsəd: Suriyada düşmən planı uğursuz oldu

Suriya prezidenti əlavə olaraq deyib: "Düşmən Suriya xalqını aylıq pul alan muzdlulara çevirə biləcəyini düşünürdü, lakin xalqın sayıqlığı, hökumətlə həmrəyliyi və milli birlik düşmənin bütün planlarını alt-üst edən aysberqin zirvəsi idi."

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Suriya Prezidenti Bəşşar Əsəd, Suriyanın yeni prezidentliyinin andiçmə mərasimində vurğulayıb: “Suriyadakı son prezident seçkilərindəki xalqın geniş iştirakı, hər bir siyasi sistemin legitimliyini xalqın dəstəyindən aldığını sübut etdi.”

O, Suriya Prezident Aparatının Qəsr əş-Şaab olaraq bilinən qərargahında edilən bir danışmada deyib:Düşmən, Suriyaya qarşı son "proksi"- vasitəçilik müharibəsində xaricdən gətirilən terror qruplarına ümüd bağlamışdır, lakin məğlub oldu.

Suriya prezidenti əlavə olaraq deyib: "Düşmən Suriya xalqını aylıq pul alan muzdlulara çevirə biləcəyini düşünürdü, lakin xalqın sayıqlığı, hökumətlə həmrəyliyi və milli birlik düşmənin bütün planlarını alt-üst edən aysberqin zirvəsi idi."

Bəşşar Əsəd sözünün davamında deyib: "Suriya milli birlik, ləyaqət və nüfuz sayəsində dirəniş gətirdi, biz milli kimliyə güvənərək möhkəm dayanan bir millətik.”

Çıxışına davam edən Suriya prezidenti, bəzi insanları düşmənin əlində alət olmaqlarını qəbul etdiklərinə görə kəskin şəkildə qınayaraq deyib: "Xalqın sayıqlığı ilə düşmənin Suriya konstitusiyasını dəyişdirmək planı iflasa uğradı."

Qeyd edək ki, ötən iyun ayında Suriya xalqı seçki məntəqələrində böyük bir iştirak etdi və Bəşşar Əsəd yüzdə 95 səs toplayaraq dördüncü dövr üçün prezident seçildi.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*