?>

"Bəsic İran xalqının böyük sərvəti və Allah-Taalanın verdiyi bir ehtiyatdır"

İslam İnqilabının Böyük Rəhbəri «Bəsice Mostəzəfan» təşkilatının yaradılmasının ildönümü günündə bu qüvvəni İran xalqının böyük sərvəti və Allah-Taalanın verdiyi bir ehtiyat adlandırıblar.

ABNA24 Xəbər Verir, bu gün, 2020-ci il noyabrın 25-i, İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in fərmanı ilə «Bəsice Mostəzəfan» təşkilatının yaradılmasının ildönümü günüdür.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün yayılan bir müraciətdə vurğulayıblar: Bəsic İmam(r.ə)-in böyük və parlaq yadigarı, milli qüdrətin təzahürü, saflıq, xalislik, gözüaçıqlıq və mübarizənin sərgisidir.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə qeyd ediblər: Ölkənin, onun istiqlaliyyəti və sabitliyinin müdafiəsində, ölkə genişliyi miqyaslı həyati xidmətlərdə, qabaqcıl elmi fəaliyyətlər və müasir texnologiyalarda, dəyər rəftarlarında və mənəvi atmosferin yaradılmasında- bütün yerlərdə bəsicin adı çəkilir və bəsicin iştirakı cilvələnir.

Həzrət Ayətullahuluzma Xamenei bu müraciətin davamında özünəinam, məsuliyyət hissi keçirmə, iman və əzmkarlığın bu qabiliyyətlərin və düyünlərin açılmasının əsas dayaqları olmasına işarə ilə söyləyiblər: Bunlar Allah-Taalanın verdiyi nemətlər və bəxşayeşlərin özüdürlər ki, Allah-Taalaya şükr etmək və daimi mühafizə ilə onları qorumaq və onlara əlavə etmək lazımdır.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, bəsic İran xalqının böyük sərvəti və Allah-Taalanın verdiyi bir ehtiyatdır. O həzrət belə qeyd ediblər: Bu xalqın düşmənləri hazırda və həmişə onu məhv və təsirsiz etmək fikrində olublar və olacaqlar.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin vurğulayıblar: Təşkilat üzrə məsul şəxslər və əziz bəsicilərin hər biri özünü düşmən hiyləsini ləğv etməyə borclu bilməli və təvəkkül, iman və proqramlaşdırma ilə irəliləməlidirlər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!