?>
Sapı Özümüzdən Olan Baltalar!

Bəhreynin Fələstin torpaqlarını işğal etmiş sionist rejimdəki ilk səfiri işə başladı

Bəhreynli diplomat Xalid əl-Cəlame Təl-Əvivdə səfir ünvanında işə başlayıb.

"Bəhreynin İsrail hökumətindəki ilk səfiri olaraq işə başlamaq üçün bu gün Tel -Əvivə gəlişimi elan etməkdən qürur duyuram", - deyə o, tvit yazıb.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Bəhreynli diplomat "Xalid Əl-Cəlahimə" qondarma sionist rejimin qondarma paytaxtı Tel-Əvivə gedərək, işğal olunmuş ərazilərdə ilk Bəhreyn səfiri olaraq işə başladığını bildirib.

"Bəhreynin İsrail hökumətindəki ilk səfiri olaraq işə başlamaq üçün bu gün Tel -Əvivə gəlişimi elan etməkdən qürur duyuram", - deyə o, tvit yazıb.

"İsrail Bil-Ərəbi" qazetinin yazdığına görə Əl-Cəlahimə “Bahrain Gulf Air” hava şirkəti vasitəsi ilə Tel-Əvivə daxil olub.

Xalid əl-Cəlahimə 29 iyun 2021-ci ildə rəsmi olaraq Bəhreyn kralı tərəfindən Manamanın Sionist rejiminə ilk səfiri təyin edilmişdir.

Qeyd edək ki, ötən ilin avqust ayında Bəhreyn Birləşmiş Ərəb Əmirliklərindən sonra 2020 -ci ilin avqustunda münasibətləri normallaşdırmaq məqsədi ilə sionist rejimlə razılığa gəldiyini elan etmişdi.

Xatırladaq ki, 2016 -cı ilin noyabr ayında Bəhreyn rəsmilərinin sionist rejimə ilk rəsmi səfəri zamanı iki tərəf səfirlik açmaq barədə razılığa gəlmişdilər.

.............................

Xəbərin sonu / 268

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*