?>
Qərbi Asiya Xəbərləri – Bəhreyn

Bəhreyndə sionist rejimlə münasibətlərin normallaşmasına qarşı nümayişlər səngimir - Video

Etirazçılar əllərində İsrail ilə münasibətlərin normallaşmasını və rejimin Manamadakı səfirliyinin açılmasını pisləyən plakatlar və Bəhreyn siyasi məhbusların şəkillərini tutaraq işğalçı İsrail rejiminə və Xəlifə sülaləsinə Ölüm şüarları səsləndiriblər.


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Bəhreyndə Xəlifə sülaləsinin sionist rejimlə münasibətlərin normallaşmasına qarşı etirazlar davam edir.

UNNews xəbər verir ki, Bəhreynin müxtəlif bölgələrində nümayişçilər sionist rejimlə münasibətlərin normallaşmasını pisləyib və siyasi məhbusların qeyd-şərtsiz azad edilməsini tələb ediblər.

Etirazçılar əllərində İsrail ilə münasibətlərin normallaşmasını və rejimin Manamadakı səfirliyinin açılmasını pisləyən plakatlar və Bəhreyn siyasi məhbusların şəkillərini tutaraq işğalçı İsrail rejiminə və Xəlifə sülaləsinə Ölüm şüarları səsləndiriblər.

Bəhreyn Əl-Vifaq İslam İcması vicdan məhbusu Əbdül Cəlil Sankis-in 100 günlük aclıq elan etdiyini açıqlayıb və onun qeyd-şərtsiz azad edilməsini tələb edib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*