?>

Bəhreyn xalqı Şeyx Əli Salmanın həbsinin 6-cı ildönümündə aksiya keçirilib

Bəhreyn xalqı Şeyx Əli Salmanın həbsinin 6-cı ildönümündə aksiya keçirilib

Bəhreyn xalqı "əl-Vifaq" cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbs olunmasının altıncı ildönümü günündə etiraz aksiyası keçirib.

ABNA24 Xəbər Verir, Əllərində Şeyx Əli Salmanın foto-şəkillərini tutan və Ali-Xəlifə rejiminə qarşı şüarlar verən Bəhreyn xalqından çoxlu sayda insan bazar ertəsi günü gecə bu mübariz din xadiminin dərhal azad olunmasını tələb edibdir.

Şeyx Əli Salman 2014-cü il dekabrın 28-də həbs olunaraq, ömürlük həbs cəzasına məhkum edilib. Bəhreynin məhkəmə üzrə məsul şəxsləri onu Qətər üçün casusluq etməkdə ittiham ediblər.

Bu hökm müxtəlif reaksiyalara və beynəlxalq pisləmələrə səbəb olubdur.

Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminin qəddarcasına siyasətlərindən qaynaqlanan narazılıq böhranı ilə üzləşir.

İnsan hüquqlarını müdafiə qrupları müxaliflərə divan tutduğuna görə, dəfələrlə Ali-Xəlifə rejimini pisləyərək, bu ölkənin siyasi sisteminə düzəlişlərin edilməsini istəyiblər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*