?>

Azğın vəhhabi əqidəli Səud sülalə rejimi daha iki Şiənin başını kəsib

Azğın vəhhabi əqidəli Səud sülalə rejimi daha iki Şiənin başını kəsib

Səudiyyə Ərəbistanı daxili işlər nazirliyi Qətifdən olan iki Şiənin saxta bəhanələrlə qılıncla edam edildiyini açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, azğın vəhhabi əqidəli Səud sülalə rejimi iki cavanın -Hüseyn Əl-Bua Abdullah və Məhəmməd Xedr əl-Avami-nin Şiə olduqları üçün başlarını kəsib.

Qatif Twitter fəalı bildirib ki, Səudiyyə rəsmiləri iki səudiyyəli siyasi fəal və vicdan məhbusu Hüseyn əl-Bua Abdullah və Məhəmməd Xedr əl-Avami edam ediləndən sonra onların cəsədlərini naməlum yerdə basdırıblar.

Xatırladaq ki, ötən mart ayında vəhhabi əqidəli Səudiyyə Ərəbistanı daxili işlər nazirliyi bir gün ərzində 45 Şiəni yanlış təsəvvürlər, azğın inanclar və Yəmənin Ənsarullahı ilə kəşfiyyat əməkdaşlığı, ictimai təhlükəsizliyə zidd fəaliyyət göstərmək, qiyam və xaos yaratmaq kimi saxta ittihamlarla edam edildiyini açıqlamışdı.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*