?>
Qarabağ İslam Torpağıdır

Azad komandasında duran Hüseynçi əsgərlər Şəhidlərin ruhlarına fatihə oxuyurlar – Video

Azərbaycan əsgərləri döyüş meydanlarında, qarda və boranda Allah Təalaya olan ibadətlərini belə tərk etmədilər. Onlar dilləri ilə deyil məhz əməlləri ilə Allahın dinini təbliğ edib qorudular.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, NATO və vəhhabi Səudiyyə Ərəbistan rejimi başda olmaqla bütün xristian və yəhudi dövlətlərinin yardımları ilə 1992-ci ildən etibarən Azərbaycanın torpaqlarını işğal edən erməni faşistləri Azərbaycana qarşı başlatdıqları İkinci Qarabağ Müharibəsində Hüseynçi igidlərimizin əli ilə biabırcasına darmadağın edildilər...

Quran Kərimin Nisa sürəsinin 91-ci ayəsində Allah Təalanın buyurduğu kimi: “Siz başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən və həm də öz xalqından təhlükəsizliklərinə zəmanət əldə etmək istəyirlər. Hər dəfə onları fitnəkarlığa sövq etdikdə onlar başlarını da qaldırmadan ona dalırlar. Əgər onlar sizdən geri dönməsələr, sizə barışıq təklifi etməsələr və sizdən əllərini üzməsələr, onda onları harada aşkar etsəniz yaxalayıb öldürün. Biz sizə onlara qarşı aydın dəlil təqdim etmişik”- Azərbaycanın rəşadətli Ordusu düşmən qüvvələrinə qarşı döyüşürdü.

İşğal olunmuş torpaqlarımızın Fatehləri qazandıqları bu qələbəni məhz Allah təalaya etdikəri təvəkkül, ibadət və düzgün cızdıqları planlar və göstərdikləri rəşadətləri ilə qazandılar...

Azərbaycan əsgərləri döyüş meydanlarında, qarda və boranda Allah Təalaya olan ibadətlərini belə tərk etmədilər. Onlar dilləri ilə deyil məhz əməlləri ilə Allahın dinini təbliğ edib qorudular.

Sosial şəbəkələrdə yayılan və hazırda müşahidə edəcəyiniz videoda da aydın görünür ki, Azərbaycan Rspublikasının Ordu qüvvələri işğalçı erməni qüvvələri ilə döyüşlərdə Şəhid olan hərbi yoldaşlarının pak ruhlarına dualar edir və Fatihə oxuyurlar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*