?>
Qarabağ İslam Torpağıdır

Az. Hərbiçisi: Salam Olsun Qardaşlara! Göyçay Hüseynçidir, Ömrünün Axrına Kimi Də Hüseynçi Olacaqdır!- Video

Ölümü özlərinə Şəhadət bilən Hüseynçilər yaralandıqları zaman, qospitala göndərilib döyüşlərdən geri qalacaqlarını bildikləri üçün yaralı olduqlarını günlərlə gizlədirdilər... Əli və yaxud ayağı mina və minamyot qəlpələri ilə dolu olan və yaxud üzülərək dəridən sallanan hərbiçilər Kərbəla Ələmdarı həzrət Əbülfəzlil Abbas (əleyhi səlam) kimi yenidən döyüşə qatılır və düşmənin üzərinə gedib onları məhv edirdilər.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ Müharibəsi sözün əsil mənasında Azərbaycanın bütün bölgələrini, bu ölkədə yaşayan xalqlarını İmam Hüseyn (əleyhi səlam) sevgisi və bayrağı altında bir araya cəmləşdirdi. Hamı bir nəfər kimi vətənin keşiyində durmağı özünə borc bilib, “Allah! Myhəmməd! Ya Əli! deyərək, İslam Torpaqlarının ayrılmaz parçası olan, Azərbaycan Respublikasının işğal altındakı torpaqlarını azad etməyə başladılar. Cəmi 44 gün ərzində düşmənin 30 ilə yaxın müddət ərzində qurduqları dağılmaz istehkamlarını darmadağın etdilər...

Allah Təalaya, Peyğəmbərə (səlləllahu əleyhi və alih), Əhli-beytə (əleyhimus səlam) və vətənə olan eşq ilə müharibəyə könüllü olaraq yollanan Azərbaycanın qeyrətli övladları qar və buran, isti və soyuq, döyüş və aramlıq bilmədən gecə və gündüz vuruşur və ancaq irəli gedirdilər.

Onlar döyüşlərə girdikləri zaman “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad edirdilər.

Ölümü özlərinə Şəhadət bilən Hüseynçilər yaralandıqları zaman, qospitala göndərilib döyüşlərdən geri qalacaqlarını bildikləri üçün yaralı olduqlarını günlərlə gizlədirdilər... Əli və yaxud ayağı mina və minamyot qəlpələri ilə dolu olan və yaxud üzülərək dəridən sallanan hərbiçilər Kərbəla Ələmdarı həzrət Əbülfəzlil Abbas (əleyhi səlam) kimi yenidən döyüşə qatılır və düşmənin üzərinə gedib onları məhv edirdilər.

Hər bir qarış torpaqlarımızı düşmənin işğalından azad edən hərbiçilərimiz orada Azan verir, namaz qılır və oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər.

Aşağıda müşahidə edəcəyiniz videoda danışan hərbiçimiz Azərbaycanın Göyçay rayonundandır. O, döyüş mövqeyindən Hacılara və qardaşlara salam göndərərək, “Göyçay Hüseynçidir, ömrünün axırına kimi də Hüseynçi qalacaqdır!” deyir və Göyçay camaatının Əhli Beytə (əleyhimus səlam) sadiq olduqlarını nümayiş etdirir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*