?>

Azərbaycanlı hərbi qulluqçuya Azərbaycandan hücum edilib

Azərbaycanlı hərbi qulluqçuya Azərbaycandan hücum edilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdən azərbaycanlı əsgərə hücum olunduğunu bildirib.

ABNA24 Xəbər Verir, Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki,Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçu dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Məlumatda həmin şəxsin silahı ələ keçirməyə cəhd göstərdiyi deyilir:“Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.”-deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinə məlumat verildiyini də bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*