?>

Azərbaycanla Ermənistan arasında dialoq qurulmalıdır

Azərbaycanla Ermənistan arasında dialoq qurulmalıdır

BMT Baş Assambleyasının rəhbəri Azərbaycan-Ermənistan dialoqundan danışıb.

ABNA24 Xəbər Verir, BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid münaqişədən sonrakı dövrdə Azərbaycanla Ermənistan arasında dialoqun qurulması məsələsinin BMT Baş Assambleyasında müzakirəsi ilə bağlı “Report”un sualına cavablandırarkən deyib ki, BMT Baş Assambleyası dünyanın müxtəlif yerlərində cərəyan edən münaqişələrin həlli üçün öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq.

O sonra bildirib: “Sülh və təhlükəsizlik məsələləri birbaşa olaraq BMT Təhlükəsizlik Şurasının mandatına daxildir. Buna baxmayaraq, BMT Baş Assambleyasının da bu kimi məsələlərdə öz rolu var. Mən Baş Assambleyanın öhdəliklərini bütün dünyada yerinə yetirməyə çalışacam”.

Qeyd edək ki, bu günlərdə ABŞ və Fransa eləcə də Rusiya ATƏT Minsk Qrupunun BMT Təhlükəsizlik Şurasının mandatı əsasında qurulduğunu bildirərək, Azərbaycan Respublikasına Qarabağ ermənilərinə status verilməsi üçün təzyiq göstərirlər. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*