?>

Azərbaycanın İranla ticarət dövriyyəsi 25%-dən çox artıb

Azərbaycanın İranla ticarət dövriyyəsi 25%-dən çox artıb

Pandemiya şəraitinə rəğmən İran İslam Respublikası ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıbdır.

ABNA24 Xəbər Verir, bu ilin yanvar-avqust aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 256,011 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,4% çoxdur.  

Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 19,236 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 14,6% azdır. İdxal isə 236,775 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 30,3% çoxdur.  

Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 217,539 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 36,7% çoxdur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*