?>
Qarabağ İslam Torpağıdır

Azərbaycanın İmam Hüseyn (ə) Ordusundan qardaş İran İslam Respublikasına salamlar – Video

İkinci Qarabağ Müharibəsi də əslində böyük qüvvələr tərəfindən Şiə Xalqının demoqrafik baxımdan azalmasını və yaddaşlardan silinməsini nəzərə almışdırlar. Lakin bu müharibə bir daha göstərdi ki, Azərbaycan Xalqı öz dininə, mintalitetinə və İlahi Dəyərlərinə sadiq bir xalqdır. Xarici və daxili düşmənlər əl-ələ verib Şiəliyin əleyhinə kütləvi sürətdə, genişmiqyaslı təbliğatlar aparmasına baxmayaraq, Allah Təala, həmişəki kimi bu dəfə də düşmənlərin gözləmədiyi yerdən onların planlarını puça çıxartdı.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, hələ qədim zamanlardan bəri düşmən qüvvələrinin Qafqaz regionunda nufuza sahib olmaqları üçün İranla müharibə apararaq bu əraziləri Gülüstan və Türkmənçay müqavilələri əsasında İrandan ayırdılar.

Çar Rusiyası bölgədə demoqrafiq dəyişilik etmək məqsədi ilə, Osmanlı və İranın mərkəzi ərazilərindən haylar və yezdi kürdləri gətizdirərək Qafqazda yerləşdirdi. Həmçinin sürgün bəhanəsi ilə Çar Rusiyasının müxtəlif bölgələrindən malakanlar və sair slavyanları gətizdirərək Qafqazın ən füsünkar və strateji ərazilərində onlara yer, habelə hər cürə imkanat verdi. Azərbaycan Şiələrinə heç bir adiyyatı olmayan Birinc ivə İkinci Dünya müharibəsi və s siyasi gərginliklər, represiyalar bəhanələri ilə kütləvi sürətdə qırğına verirdi. Bütün bunlar Müsəlman əhalisinin Qafqazda nüfuzunun azalması, sayının kiçilməsi məqsədini daşıyırdı...

20-ci əsrin əvvələrindən başlayaraq ilk öncə Qərb dövlətləri və Amerika Birləşmiş Ştatlarında, 1980 və SSRİ-nin dağılmasından sonra 90-cı illərdən başlayaraq bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında da silahlı müharibələrlə paralel xalqın mənliyini, dəyər və mahiyyətini overton pəncərəsi adlı konsepsiya ilə 180 dərəcə dəyişdirməyə cəhd etdilər. İmperialist sionist qüvvələr ateist, deist, iqnoistlər, feminist, homoseksual, manıslar və s. mənfur ünsürlərdən istifadə edərək kütləvi sürətdə hücuma keçərək soyuq müharibəyə başladılar və günü bu günə kimi də bu soyuq müharibə günü-gündən daha da şiddətlənir və genişlənməkdədir...

İkinci Qarabağ Müharibəsi də əslində böyük qüvvələr tərəfindən Şiə Xalqının demoqrafik baxımdan azalmasını və yaddaşlardan silinməsini nəzərə almışdırlar. Lakin bu müharibə bir daha göstərdi ki, Azərbaycan Xalqı öz dininə, mintalitetinə və İlahi Dəyərlərinə sadiq bir xalqdır. Xarici və daxili düşmənlər əl-ələ verib Şiəliyin əleyhinə kütləvi sürətdə, genişmiqyaslı təbliğatlar aparmasına baxmayaraq, Allah Təala, həmişəki kimi bu dəfə də düşmənlərin gözləmədiyi yerdən onların planlarını puça çıxartdı.

Belə ki, bu ölkənin igid və qeyrətli oğulları Allah Təalaya etdikləri ibadətləri, qıldıqları namazlar, tutduqları oruclar ilə “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar səsləndirib, düşmən üzərinə şığıyır, torpaqları azad edir, düşmənin qəlbinə xof bə vəhşət salırdılar. Azərbaycanın Hüseynçi Ordusu Qarabağın döyünən ürəyi olan Şuşadan qardaş İran İslam Respublikasına salamlar göndərib, özlərinin halalzadələr olduqlarına dair şeirlər oxuyub Əhli Beyt (əleyhimus səlam) Məktəbinə sadiq olduqlarını nümayiş etdirirdilər...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!