?>
Hindistan Yarımqitəsi Xəbərləri

Azərbaycanın ardınca Hindistanın Karnataka Universitetində də hicablı tələbələrin sinifə girişi qadağan edilib- Video

Müsəlman qızlar bildiriblər: “Son iki ildə bu universitetdə çoxlu dini ayrı-seçkiliyin şahidi olmağımıza baxmayaraq, bu ayrı-seçkiliyə qarşı heç vaxt səsimizi çıxarmamışıq...”


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Narendra Modinin tərəfdarları tərəfindən ekstremizmin güclənməsindən sonra son 20 gün ərzində müsəlman qız tələbələrin Karnataka Dövlət Universitetinin siniflərinə hicab taxdıqlarına görə girişi qadağan edilib.

Bu universitetin rəsmilərinin dediyinə görə, hicab və ya çadra bu universitetin müəyyən edilmiş geyimləri sırasına daxil deyil və buna görə də baş örtülü tələbələrin bu paltarlarla sinif otağına gəlməsi qadağandır.

Lakin bu universitetin tələbələri islami geyimi özlərinin dini haqqı hesab edir və qoyulan şərtləri qəbul etməkdən boyun qaçıraraq, hicabla dərsdə olmalarının qaydalara zidd olmadığını düşünürlər.

Yayımlanan videolardan görünür ki, çadralı tələbələrin sinifə daxil olmasının qarşısı alınır və dərsə gəlməmiş hesab olunur.

Müsəlman qızlar bildiriblər: “Son iki ildə bu universitetdə çoxlu dini ayrı-seçkiliyin şahidi olmağımıza baxmayaraq, bu ayrı-seçkiliyə qarşı heç vaxt səsimizi çıxarmamışıq...”

Hüquq müdafiəçiləri deyirlər ki, indiyə qədər əyalətdə bu məhdudiyyət qədər heç bir məhdudiyyət müsəlman qızların etiraz səsini ucaldmamışdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*