?>

Azərbaycanın 44 günlük vətən müharibəsinin şəhidləri anılıb

Azərbaycanın 44 günlük vətən müharibəsinin şəhidləri anılıb

Hər il olduğu kimi bu ildə də Kərbəlaya yollanan azərbaycanlı zəvvarlar öz şəhidlərini anıblar və onların adından ehsanlar veriblər.

ABNA24 Xəbər Verir, ötən həftənin şənbə günü bir qrup azərbaycanlı hava yolu ilə Ərbəin ziyarətinə yola düşüb.

Onlar artıq İraqda Nəcəfə çatıblar və Kərbəla istiqamətində piyada Ərbəin yürüşünə başlayıblar.

Nəcəf-Kərbəla yolunda bir qrup azərbaycanlının təşəbbüsü ilə ikinci vətən müharibəsində şəhid olan azərbaycanlı əsgərlər anılıb. Şəhidlərin adını daşıyan çadırlarda Ərbəin zəvvarlarına və digər insanlara ehsanlar verilib.

Qeyd edək ki, Azərbaycan zəvvarları hər il Kərbəla yolunda şəhidləri anır, onların adından ehsanlar verirlər. Azərbaycanlı zəvvarların bu tədbirləri və addımları sayəsində İraq əhalisinə, eləcə də Ərbəin yürüşünə qatılan milyonlarla xarici vətəndaşa Qarabağla bağlı həqiqətlər çatdırılır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*