?>

Azərbaycanın ənənəvi dəyərləri “ORT Israel”-in hədəfində

Azərbaycanın ənənəvi dəyərləri “ORT Israel”-in hədəfində

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsinin fəaliyyəti çərçivəsində “ORT İsrail” məktəblər şəbəkəsi və Tükiyənin Bahçeşehir kollecinin STEAM mütəxəssisləri ilə müəllimlərin bu istiqamətdə təlimləndirilməsi prosesi həyata keçirilir. Təlim proqramları STEAM modullarına uyğun olaraq tərtib olunub.

ABNA24 Xəbər Verir, hazırda “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən iki modul üzrə təlimlər keçirilir. Modullara “Dəqiq texnologiyalar/Kənd təsərrüfatı” və “Təlimçilərin təlimi” aiddir.

Təlimlərin birinci mərhələsi distant, ikinci mərhələsi isə İsrail rejimi mütəxəssislərinin iştirakı ilə əyani olaraq keçiriləcək.

Qeyd edək ki, “ORT İsrail” məktəblər şəbəkəsi “World ORT” yəhud təşkilatının tabeliyində fəaliyyət göstərir. Həmin təşkilat isə əsasnaməsində də qeyd olunduğu kimi yəhud dəyərlərinin möhkəmləndirilməsini qarşıya məqsəd qoyub. Bu yəhudi təşkilat 1880-ci ildə Rusiyanın Sankt Petersburq şəhərində yəhudi gənclərə texniki-peşə təlimləri keçirmək məqsədi ilə yaradıldı və bu gün 5 qitədə 100-dən çox ölkədə fəaliyyət göstərir. Sözü gedən təşkilat yeni təhsil metodlarının tərvici  və ölkələrin təhsil sistemlərinin daha effektli olması uğrunda fəaliyyət göstərdiyini desə də onun fəaliyyət göstərdiyi ölkələrin heç biri təhsil sahəsində heç bir irəliləyişə malik olmamışdır.

ORT Israil-in əməkdaşlıq etdiyi ölkələrin təcrübəsi göstərir ki, bu təşkilat STEAM təlim kurslarında yəhud və sionizm düşüncə və dəyərlərini aşılamaqla məşğul olur. Xüsusiylə fəaliyyət göstərdiyi müsəlman ölkələrdə gəncləri ənənəvi dəyərlərdən uzaqlaşdırmaq və yerli milli-mənəvi dəyərləri hədəfə almaq bu qurumun əsas missiyasını təşkil edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*